
Mourinyo onu “Fənərbaxça”ya gətirmək istəyir
“Tottenhem”in müdafiəçisi Serxio Reqilon karyerasını Türkiyə çempionatında davam etdirmək imkanına malikdir.
Komanda.az AS-a istinadən xəbər verir ki, “Fənərbaxça” ispaniyalı futbolçunu almaq istəyir. Onun transferində komandanın baş məşqçisi Joze Mourinyo şəxsən maraqlıdır.
27 yaşlı müdafiəçinin klubla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir və onun bazar dəyəri 12 milyon avro qiymətləndirilir.
Reqilon İngiltərə çempionatının ötən mövsümündə 25 matçda iştirak edib, 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin