“Sizə söz verirəm ki, bundan sonra sizin ailənizə aidəm” – Mourinyo

Joze Mourinyo bazar günü “Fənərbaxça”nın yeni baş məşqçisi kimi təqdim edilib. Təqdimat zamanı portuqaliyalı mütəxəssis çıxış edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Türkiyə Super Liqasına kömək etmək istədiyini bildirib:

“Sizə söz verirəm ki, bundan sonra mən sizin ailənizə aidəm. Bu forma (klubun formasını göstərərək) mənim dərimdir.

Futbol ehtirasdır və bu ehtirası hiss etmək üçün daha yaxşı yer yoxdur. Mən sizin hamınız üçün məşqçi olmaq istəyirəm. Türkiyə futbolunda çalışmaq və Türkiyə Super Liqasına kömək etmək istəyirəm. Amma mənim üçün ən önəmlisi “Fənərbaxça”dır. Müqaviləni imzaladığım andan sizin arzularınız mənim arzularımdır”.

61 yaşlı mütəxəssis yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button