
Mourinyo “Roma”dan ayrılacaq – Mövsümün sonunda
“Roma”nın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda klubu tərk edəcək.
Komanda.az “Sky Sports İtalia”-ya istinadən xəbər verir ki, 60 yaşlı portuqaliyalı mütəxəssis klubla müqaviləsini yeniləməyəcək, danışıqlar aparılmır.
“Roma” A Seriyasında 8 oyundan sonra 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin