Eriksen “Mançester Yunayted”i Türkiyə klubuna dəyişə bilər
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen İngiltərə Premyer Liqasını Türkiyə çempionatına dəyişə bilər.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, danimarkalı futbolçu ilə “Fənərbaxça” maraqlanır.
İstanbul klubunun baş məşqçisi Joze Mourinyo Eriksenin mümkün transferinin əsas təşəbbüskarıdır. Türklər müqaviləni qış transfer pəncərəsində tamamlamağı planlaşdırır. Futbolçu özü isə “Mançester Yunayted”də qalmaq istəyir.
32 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 8 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin