
“Mourinyo maddi vəziyyətimizə uyğun məşqçi deyil” – “Lion”un prezidenti
“Lion”un prezidenti Jan-Mişel Olas, Joze Mourinyonun komandanın “sükanı arxasına” keçəcəyi ilə bağlı iddialara cavab verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub sahibi, bu iddiaları yalanlayıb:
“Mourinyo ilə keçən yay Moskvada görüşmüşdük. Amma onunla söhbətimiz “Lion”a gəlməsi ilə bağlı deyildi. Mourinyo maddi vəziyyətimizə uyğun məşqçi deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin