Mourinyo mətbuat konfransına qatılmaqdan imtina etdi
“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatının 3-cü turunda “Milan”la ev oyunundan (1:2) sonra mətbuat konfransında iştirak etməyib.
Üç turdan sonra iki görüşdə məğlub olan romalılar cəmi bir xal toplayıblar. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Roma”da 1950/51 mövsümündən bəri ən pis başlanğıc kimi tarixə düşüb.
“Roma” növbəti turda, sentyabrın 16-da öz meydanında “Empoli” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin