
Mourinyo Okan Burukla dalaşdı, mətbuat konfransına qatılmadı
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə kubokunun 1/4 finalında “Qalatasaray”a 1:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına qatılmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, köməkçilərdən heç biri mətbuat konfransında Mourinyonu əvəzləməyib.
Matç başa çatdıqdan sonra komandanın baş məşqçiləri Joze Mourinyo ilə Okan Buruk arasında insident yaşanıb. Portuqaliyalı məşqçi türkiyəli həmkarı ilə toqquşub. Toqquşma nəticəsində Buruk üzünü tutaraq yerə yıxılıb. Mourinyo, köməkçiləri Salvatore Foti və Sandro Zufiç qırmızı vərəqə alıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



