“Mourinyo klubumuzda işləmək fikrinə müsbət yanaşır” – “Beşiktaş” rəsmisi
Portuqaliyalı məşqçi Joze Mourinyo karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Beşiktaş” mütəxəssislə yaxından maraqlanır. Türkiyə klubunun vitse-prezidenti Hüseyn Yücel Mourinyo ilə əlaqə saxladıqlarını söyləyib:
“Mourinyo ilə əlaqə saxladıq, o, klubumuzda işləmək fikrinə müsbət yanaşır. Gələn həftə görüşümüzdən sonra vəziyyət daha da aydınlaşacaq”.
61 yaşlı mütəxəssisin son klubu bu ilin əvvəlində tərk etdiyi “Roma” olub.
“Beşiktaş” bu mövsüm Türkiyə çempionatında 56 xal toplayıb və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin