
Mourinyonun Türkiyədən 2 “elçi”si var
“Real”ın və “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo Türkiyə çempionatında komanda çalışdıra bilər.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə Türkiyənin iki klubu maraqlanır. Bu klublar “Beşiktaş” və “Fənərbaxça”dır.
Mourinyo hazırda işsizdir. 61 yaşlı mütəxəssisin son klubu “Roma” olub. O, 2024-cü ilin yanvarında İtaliya klubunu tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin