
Mourinyo karyerasını Türkiyədə davam etdirə bilər
Portuqaliyalı mütəxəssis Joze Mourinyo məşqçilik karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “Fənərbaxça” Mourinyonun xidmətində ciddi maraqlıdır.
61 yaşlı məşqçinin son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. O, 2021-ci ildən İtaliya klubuna rəhbərlik edib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib, 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 görüşdə məğlub olub.
Mourinyo daha əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika”nı da çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin