Mourinyoya “yox” dedi, PSJ-ni seçdi
Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya karyerası ilə bağlı qərarını verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu PSJ ilə yeni müqavilə imzalamağa hazırlaşır. Məlumata görə, Di Mariya “Tottenhem”in də hədəfindədir. London klubunun baş məşqçisi Jozer Mourinyo ilə də görüşən futbolçu, Paris təmsilçisində qalmağa üstünlük verib.
32 yaşlı futbolçu “Real”da Mourinyonun rəhbərliyi altında oynayıb.
Di Mariyanın PSJ ilə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin