Mourinyo “Roma”da qalmaq istəmir

“Roma”nın baş məşqçisi Joze Mourinyo klubu ilə müqaviləni yeniləmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis özünü milli komandada sınamaq istəyir. Mourinyo İtaliya, İngiltərə və ya Braziliyadan gələn təklifləri nəzərdən keçirməyə hazırdır.

O, yalnız kuboklar qazanmaq məqsədi olan yığma komanda ilə işləməkdə maraqlıdır.

Mourinyo 2021-ci ilin iyulundan “Roma”dadır. Onun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button