
Mourinyonun “Fənərbaxça” üçün seçimi: İlyas
Joze Mourinyo bir müddət əvvəl “Fənərbaxça”nın baş məşqçisi vəzifəsinə keçib. İndi Türkiyə klubu heyətini gücləndirmək üçün çalışır.
Komanda.az “The Sun”-a istinadən bildirir ki, Mourinyo komandasına “Luton”dan 26 yaşlı ingiltərəli hücumçu İlyas Adebayonu gətirmək istəyir.
Adebayo 2023/24 mövsümündə İngiltərə çempionatının 27 matçında 10 qol vurub.
İlyas Adebayo 2021-ci ilin fevralından “Luton”da çıxış edir. O, “Fulhem” akademiyasının yetirməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin