Mourinyo ilə jurnalist arasında maaş davası

“Benfika”nın baş məşqçisi Joze Mourinyo mətbuat konfransında jurnalistlə gərgin dialoq yaşayıb. Hadisə komandanın “Portu” ilə səfər matçından sonra baş verib.

Komanda.az xəbər verir ki, jurnalist Mourinyoya ünvanladığı sualda klubun onun üçün çox pul xərclədiyini vurğulayıb.

Portuqaliyalı mütəxəssis isə sərt cavab verib:

– Sən nə qədər maaş alırsan? Danışmaq istəyirsən?

Mən sizə hörmətsizlik etmədim

– Mən də elə. Amma siz jurnalistlər daim başqasının maaşı ilə maraqlanırsız.

“Benfika”nın “Portu” ilə oyunu 0:0 hesabı ilə başa çatıb. Bu nəticə komanda üçün mövsümdə ilk xal itkisi olub. “Portu” hazırda 21 xalla Premyer Liqaya başçılıq edir. “Sportinq” 19 xalla turnir cədvəlinin 2-ci, “Benfika” 18 xalla 3-cü pilləsində qərarlaşıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının ilk turunda səfərdə “Benfika”nı məğlub edib – 3:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button