
Mourinyo “gümüş”dən imtina etdi – FOTO
“Roma” Avropa Liqasının finalında “Sevilya”ya uduzub (1:1, penaltilər – 1:4).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra keçirilən mükafatlandırma mərasimində İtaliya klubunun baş məşqçisi Joze Mourinyo gümüş medalı azyaşlı azarkeşlərdən birinə verib.
“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyo isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin