Mourinyo gəlsə, o gedəcək

Cari mövsümdə uğursuz çıxış edən “Real”da Joze Mourinyo baş məşqçi gətiriləcəyi təqdirdə, komandadan bir futbolçu ayrılacaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Santyaqo Solarinin yerinə baş məşqçi təyin olunacağı halda, “kral klubu”nun kapitanı Serxio Ramos komandanı tərk edəcək. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

2010-2013-cü illərdə “Real”a rəhbərlik edən Mourinyo, həmin dövrlərdə Serxio Ramosla problemlər yaşayırdı. İspaniyalı müdafiəçiylə “Yuventus” ciddi şəkildə maraqlanır. “Real” Mourinyoyla razılaşsa, Ramos da “Yuventus”a keçəcək.

“Real”ın Çempionlar Liqasında “Ayaks”a 1:4 hesabıyla məğlub olduğu matçdan sonra, Ramosla klubun prezidenti Florentino Perez paltardəyişmə otağında mübahisə etmişdi.

İspaniya mətbuatı “Real”da baş məşqçi Santyaqo Solarinin göndəriləcəyini, onun yerinə Joze Mourinyonun gətiriləcəyini iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button