“Liqa 1-də klub çalışdırmaq istərdim” – Mourinyo
Son olaraq “Mançester Yunayted”i çalışdıran Joze Mourinyo Fransa mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, Liqa 1-də klub çalışdırmaq istədiyini deyib:
“Liqa 1-də klub çalışdırmaq istərdim. Onsuz da, dörd ölkədə işləmişəm. Fərqli ölkələrdə olmağı, onların mədəniyyətlərini öyrənməyi sevirəm. Yeni liqada işləmək, maraqlı olardı.
“Mançester Yunayted” – PSJ matçına baxmadım. Arada “Mançester Yunayted”in Premyer Liqadakı oyunlarını izləyirəm. Ancaq digər çempionatlara daha çox üstünlük verirəm. Premyer Liqada oynayan hər futbolçunu tanıyıram.
Hazırda ailəm və dostlarımla vaxt keçirirəm. Yaxın zamanlarda futbola qayıdacağımı düşünürəm”.
Karyerası ərzində “Benfika”, “Portu”, “İnter”, “Real,” “Çelsi” kimi klubları çalışdıran Mourinyonun son iş yeri “Mançester Yunayted” olub. 56 yaşlı mütəxəssis komandanın uğursuz çıxışından sonra, 2018-ci ilin dekabrında “qırmızı şeytanlar”da baş məşqçi postundan ayrılıb.
Bizi Facebook-da izləyin