Mourinyo Fransa klubunda işləməyə hazırdır

“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-nin “sükanı arxasına” keçməyə hazırdır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, romalılar portuqaliyalı mütəxəssisin getməsinə qarşı deyillər. Ona görə də, klub rəhbərliyi onu komandada saxlamaq fikrində deyil.

Mourinyonun “Çelsi”yə rəhbərlik etmək istədiyi də bildirilirdi. Lakin London klubunun rəhbərliyi hələ ki, baş məşqçi postunda kimi görmək istədiklərini dəqiq açıqlamayıb.

PSJ rəhbərliyi tezliklə baş məşqçi postunda dəyişiklik etməyi düşünür. Komandaya hazırda Kristof Qalte rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button