Mourinyo “Fənərbaxça”nın daha yaxşı oynamasının qarşısını alıb?

“Fənərbaxça” portuqaliyalı baş məşqçi Joze Mourinyonu vəzifəsindən azad edib. Klub “Benfika”ya qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki məğlubiyyətin ardından baş məşqçini işdən çıxarıb.

Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi ilk dəfə 2024-cü ilin dekabrında Mourinyonun mümkün istefası ilə bağlı fikir bildirib. Ancaq həmin dövrə qədər klub prezidenti Ali Koç Mourinyoya dəstək verərək, onun işini davam etdirmişdi.

“Benfika” ilə oyun öncəsi keçirilən iclasda direktorlar şurasının üzvləri müzakirələrdə bir fikirdə birləşərək, komandanın çox daha yaxşı oynaya biləcəyini, amma Mourinyonun bunun qarşısını aldığını və futbolcuları öz istəklərinə uyğun idarə etdiyini ifadə ediblər. Bununla yanaşı, “Mourinyo komandanı doğru yolda aparmır, ona görə də, məşqçini işdən çıxarmaq vacibdir” qərarına gəlinib.

Klub prezidenti Ali Koç “Feyenoord”la cavab matçını nümunə göstərərək, Mourinyoya dəstək çıxıb. Ancaq Mourinyonun “Benfika” ilə cavab görüşü öncəsi verdiyi açıqlamalar direktorlar şurasını daha da qəzəbləndirib və nəticədə, onun istefası qərarı qəbul edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button