
Mourinyo “Fənərbaxça” rəhbərliyini tənqid etdi
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə cavab oyunundan öncə klub rəhbərliyini sərt tənqid edib.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Record”-a açıqlamasında rəhbərlik tərəfindən nəticəyə təsir edə biləcək heç bir hərəkətin edilmədiyini bildirib:
“Çempionlar Liqası klub üçün doğrudan da vacib olsaydı, heyətin güclənməsi üçün addımlar atılardı. Amma mənim ixtiyarımda əvvəlki mərhələdə olan eyni futbolçular qalıb. Rəhbərlik tərəfindən nəticəyə təsir edə biləcək heç bir hərəkət edilmədi”.
Türkiyədə keçirilən ilk matçda 0:0 hesablı nəticə qeydə alınıb. Cavab oyunu bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



