“Fənərbaxça”dan Mourinyoya təklif

Portuqaliyalı məşqçi Joze Mourinyo “Fənərbaxça”nın baş məşqçi postuna namizəddir.

Komanda.az NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə klubunun idman direktoru Mario Branko 61 yaşlı mütəxəssislə əlaqə saxlayıb və “Fənərbaxça”ya prezident seçildikdən sonra şəxsi görüş keçirməyi təklif edib.

Bundan əvvəl Mourinyonun 2016-2018-ci illərdə çalışdığı “Mançester Yunayted”ə yenidən rəhbərlik etmək istədiyi bildirilirdi. 

Mourinyonun son iş yeri İtaliyanın “Roma” klubu olub. Portuqaliyalı mütəxəssis bu ilin yanvarından komandasız qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button