Mourinyo Dibala haqda: “O, qızıl qədər dəyərlidir”

“Roma”nın baş məşqçisi Joze Mourinyo hücumçu Paulo Dibala haqda danışıb.

Komanda.az “Corriere Dello Sport”-a istinadən xəbər verir ki, o, 29 yaşlı forvarddan heç bir halda imtina etməyəcəklərini dilə gətirib:

“Dibala indiyə qədər çalışdırdığım ən keyfiyyətli oyunçulardan biridir. O, qızıl qədər dəyərlidir. Biz heç bir halda ondan imtina edə bilmərik”.

Paulo ötən ilin yayından “canavarlar”ın formasını geyinir. O, başa çatan mövsümdə “Roma”da 38 oyuna çıxıb, 18 qol vurub və 8 məhsuldar ötürmə edib. Argentinalının klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button