Mourinyo da mövsümün bərpasını istəyir
İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış Premyer Liqanın 2019/20 mövsümünün aqibəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan portuqaliyalı mütəxəssis mövsümün bərpa olunmasının tərəfdarı olduğunu açıqlayıb:
“Mövsümün başa çatmasına 9 tur qalıb. Bu 9 oyunu oynasaq, hamımız üçün yaxşı olar. Elə futbol, Premyer Liqa üçün də yaxşı olardı”.
57 yaşlı mütəxəssis futbol üçün çox darıxdığını söyləsə də, həyatda daha önəmli şeylərin olduğunu ifadə edib: “Normal həyatı, hər gün etdiyimiz şeylər üçün daha çox darıxmışam. Futbol bu həyatın sadəcə, bir parçasıdı. Səbrli olmağa məcburuq. Bu, hamımızın içində olduğu bir mübarizədi”.
Mourinyo azarkeşlərin hələ bir müddət stadionlara buraxılmayacağına dair ehtimallara da münasibət bildirib: “Matçlar boş tribunalar qarşısında oynanılsa belə, mən azarkeşsiz olduğumuzu qəbul etməyəcəm. Futbol heç bir zaman azarkeşsiz oynanılmaz. Kameraların olması milyonlarla insanın matçı izlədiyini hiss etdirəcək. Qısacası, boş arenaya girsək belə, azarkeşlərin gözü qarşısında oynadığımızı düşünəcəyik”.
Bizi Facebook-da izləyin