Mourinyo cəzalandı və cərimə olundu
“Roma”nın baş məşqçisi Joze Mourinyo iki oyunluq cəzalandırılıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 2 oyunluq cəzalandırılmaqla yanaşı, 20 min avro cərimə də olunub.
Buna onun “Verona” ilə matçdan sonra görüşün baş hakimi Luka Parettonun ünvanına ittihamlar səsləndirməsi səbəb olub.
“Roma” – “Verona” matçı 2:2 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin