“Çelsi” hazırda dağılıb və Mourinyo bunu düzəltmək üçün uyğun adam ola bilər”
“Çelsi”nin sabiq yarımmüdafiəçisi Emmanuel Peti London klubunda mümkün baş məşqçi dəyişikliyindən danışıb.
Komanda.az “One Football”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Joze Mourinyonun “zadəganlar”ın baş məşqçisi rolu üçün mükəmməl olacağını deyib:
“Eşitdim ki, Mourinyo köməkçisi Con Terri ilə “Çelsi”ni idarə edə bilər. Fikirləşin, bu, maraqlı ola bilər. O, komandaya xarakter və şəxsiyyət verər. Komanda hazırda dağılıb və Joze bunu düzəltmək üçün uyğun adam ola bilər.
Maurisio Poçettino oyunçularının güclü tərəflərinə əsaslanaraq oyun qurmaqdan imtina edir. Onun nə istədiyi barədə heç bir fikri yoxdur və deyəsən, o, artıq getməyə hazırlaşır”.
Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “Çelsi”yə rəhbərlik edib. Ümumilikdə, London klubunda işlədiyi iki dövr ərzində portuqaliyalı mütəxəssis 8 kubok qazanıb.
Bizi Facebook-da izləyin