Mourinyo hakimdən şikayətləndi

“Benfika”nın yeni baş məşqçisi Joze Mourinyo Portuqaliya çempionatının altıncı turunda “Rio Ave” ilə (1:1) heç-heçəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hakimdən şikayətlənib:

“Bu, ədalətsiz nəticədir. Bir komanda qələbə üçün hər şeyi edirdi, digəri isə heç-heçə istəyirdi. Matçın əsas qəhrəmanı hakimi monitora çağıran VAR hakimi idi. Hakimin xarakteri yox idi, bu, tez-tez olur. Bu cür futbolu sevmirəm”.

Hakimlər briqadası 60-cı dəqiqədə müdafiəçi Nikolas Otamendinin kobud oyunu səbəbindən Lissabon klubunun qolunu rədd edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button