Mourinyo: “Burada tarix yazılmayıb” kimi hiss etdiyim yeganə klub “Fənərbaxça” idi”

“Benfika”nın yeni baş məşqçisi Joze Mourinyo karyerasında uğurlarının necə qiymətləndirildiyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bəzən insanların onu düzgün qiymətləndirmədiyini bildirib:

“Burada tarix yazılmayıb” kimi hiss etdiyim yeganə klub bu yaxınlarda “Fənərbaxça” idi, amma bu, bizim öyrəşdiyimizdən bir qədər fərqli bir reallıqdır. Çox keçməmiş insanlar deyirdilər ki, karyeramın son illərində əvvəlki kimi çox titul qazanmamışam.

Yaxşı, bu doğrudur, amma son beş ildə Avropada neçə məşqçi iki dəfə avrokuboklarda finala yüksəlib? Çox az, yəqin ki, iki və ya üç. Son beş ildə iki avrokubok finalına çıxmışam. Bəzən insanlar məni indiki reallığa görə deyil, nailiyyətlərimə görə mühakimə edirlər. Amma bu, onların problemidir, mənim yox”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button