İddia: “Arsenal”ın hücumçusu “Fənərbaxça”ya keçməyə razılıq verib

“Arsenal”ın hücumçusu Leandro Trossard karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, iddialara görə, belçikalı futbolçu “Fənərbaxça”ya keçməyə razılıq verib.

Trossardın bu qərarı İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo ilə söhbətdən sonra verilib. Portuqaliyalı məşqçinin layihəsi və planları onu inandırıb.

30 yaşlı futbolçu “Arsenal”a 2023-cü ilin yanvarında qoşulub. Ancaq o, “topçular”ın əsas heyətində möhkəmlənə bilmədiyi üçün yeni klub axtarışına çıxıb. Transferin dəyəri 19,5 milyon avro qiymətləndirilir.

Trossardın “Arsenal”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button