Mourinyo alman dilini niyə öyrənib?

Portuqaliyalı baş məşqçi Joze Mourinyo deyib ki, alman dilini Bundesliqa klubuna rəhbərlik etməli olduğu üçün öyrənib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı bir neçə il əvvəl Dortmud “Borussiya”sında işləməyə yaxın olduğunu bildirib:

“Bir neçə il əvvəl Dortmund “Borussiya”sında işləməyə yaxın idim. Alman dilini o zaman öyrəndim. Çətin idi, amma çalışdım”.

61 yaşlı mütəxəssis bu yay “Fənərbaxça”nın baş məşqçisi vəzifəsinə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button