Mourinyo – 200!

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Tottenhem”in “Everton”a 1:0 hesabı ilə qalib gəldiyi oyun baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Premyer Liqada 200-cü qələbəsini qazanıb. Mourinyo buna üç klubda nail olub. 57 yaşlı mütəxəssis, “Çelsi”də 140, “Mançester Yunayted”də 50 qələbənin memarı olub.

“Everton”la oyun isə onun “Tottenhem”dəki 10-cu qələbəsi olub. Mourinyo 200 qələbəni 326 oyunda qazanıb. Bu göstəricidə o, yalnız Aleks Ferqyusondan geri qalır. Ferqyuson 200 qələbə həddinə 322 oyunda çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button