İddia: Mourinyo ərəblərin 150 milyon avroluq təklifindən imtina edib
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun yaxın dostu və meneceri Covanni Bekali portuqaliyalı çalışdırıcının İstanbul klubuna görə 150 milyon avroluq təklifi rədd etdiyini iddia edib.
Super Liqada səfərdə “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edən “Fənərbaxça” lider “Qalatasaray”la aradakı xal fərqini 5-ə endirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra VAR hakimləri ilə bağlı sərt açıqlamalar verən Mourinyo “Fənərbaxça” rəhbərliyini də qınayıb:
“Qarşılaşdığım mənzərə çox pisdir. Hər şeyi bilsəydim, bura gəlməzdim”.
Bu sözlərdən sonra Rumıniya futbolunun məşhur menecerlərindən biri və Mourinyonun yaxın dostu Bekali ölkəsinin mətbuatına portuqaliyalı çalışdırıcı haqqında təəccüblü açıqlamalar verib:
“Joze Mourinyo Səudiyyə Ərəbistanından gələn 150 milyon avroluq, üç illik müqaviləni rədd edərək “Fənərbaxça”ya getdi. Aramko – dünyanın ən zəngin neft şirkəti! Dünyanın ən məşhur və ən zəngin adamı. Onlar bu çılğın rəqəmi təklifi etmişdilər”.
Bizi Facebook-da izləyin