“Yuventus” hücumçusunu satacaq

“Yuventus”un hücumçusu Duşan Vlahoviç yay transfer pəncərəsində satılacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serb futbolçu turinlilərin PSJ-dən almağı planlaşdırdığı Randal Kolo-Muaninin gəlişindən sonra start heyətdəki yerini itirib.

Vlahoviç komandanın baş məşqçisi Tiaqo Mottanın planlarına uyğun gəlmir və klub qarşıdakı transfer pəncərəsində onu satmaq niyyətindədir.

“Yuventus” 25 yaşlı forvard üçün 25-30 milyon avro istəyəcək. Vlahoviçin hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub və tərəflər sözləşmənin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button