Motta daha bir klubun təklifindən imtina edib

İtaliyalı mütəxəssis Tiaqo Motta yaxın zamanda məşqçiliyə qayıtmağa tələsmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı çalışdırıcıya “Real Sosyedad” maraq göstərib, ancaq Motta bu variantı qəbul etməyib.

“Yuventus”un sabiq baş məşqçisi bundan əvvəl Leverkuzen “Bayer”i və “Monako” klublarının da təkliflərinə imtinayla cavab verib.

“Yuventus” rəhbərliyi Mottanı cari ilin martında istefaya göndərib, ancaq klub hələ də ona illik 3,5 milyon avro məvacib ödəməyə davam edir.

“Real Sosyedad” isə La Liqada mövsümə uğursuz başlayıb. Komanda 8 turdan sonra cəmi 5 xal toplayaraq, turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button