Motta: “Səhvlərimizdən nəticə çıxarmalıyıq”
“Yuventus”un baş məşqçisi Tiaqo Motta “Leççe” ilə oyunun (1:1) nəticəsini şərh edib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı ilk hissəni yaxşı keçirdiklərini bildirib:
“İlk hissəni yaxşı keçirdik, ancaq ikinci hissədə oyunçuların gücü tükənməyə başladı. Səhvlərimizdən nəticə çıxarmalı, irəli getməli və növbəti matça hazırlaşmalıyıq. Sonda qol buraxmaqdan qaça bilərdik, amma müsbət düşünməyə davam etməliyik. İndi bizim vəzifəmiz növbəti oyuna fiziki və əqli cəhətdən hazırlaşmaqdır”.
Turinlilər oyunun 68-ci dəqiqəsində Andrea Kambyassonun qolu sayəsində önə keçsələr də, üstünlüyü qoruya bilməyiblər. Belə ki, 93-cü dəqiqədə Ante Rebiç fərqlənərək, “Leççe”ni məğlubiyyətdən xilas edib. “Yuventus” üçün bu, son 8 oyunda 6-cı, ardıcıl isə 3-cü heç-heçədir.
Bizi Facebook-da izləyin