Mottanın “Yuventus” rəhbərliyindən xahişi

“Yuventus”un yeni baş məşqçisi Tiaqo Motta rəhbərlikdən özünün əvvəlki iki mövsümdə çalışdırdığı “Bolonya”dan hücumçu almağı xahiş edir.

Komanda.az “Il Corriere dello Sport”-a istinadə xəbər verir ki, Motta, gənc niderlandlı futbolçuda böyük potensial gördüyü üçün Coşua Zirkze ilə “Yuventus”da yenidən bir yerdə çalışmaq istəyir.

Zirkze hazırda Almaniyada keçirilən Avropa çempionatında Niderland millisinin heyətindədir.

23 yaşlı forvard son İtaliya çempionatında 11 qol vurub, 4 məhsuldar ötürmə edib. Futbolçu ilə İngiltərə Premyer Liqasının klubları da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button