Motta onu “Yuventus”a uyğun görmür
“Yuventus”un baş məşqçisi Tiaqo Motta “Arsenal”ın müdafiəçisi Yakub Kivioru komandaya dəvət etməyə həvəsli deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis daha əvvəl “Spetsiya”ya rəhbərlik edəndə polşalı futbolçu ilə çalışıb. O, hazırda Kiviorun “Yuventus”a uyğun namizəd olduğuna əmin deyil.
Motta müdafiəni gücləndirmək üçün klub rəhbərliyini diqqətini başqa hədəflərə yönəltməyə çağırır.
Kivior ötən mövsüm İngiltərə Premyer Liqasında 20 matça çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin