
Motta türk futbolçunu təriflədi
“Yuventus”un baş məşqçisi Tiaqo Motta “Kalyari”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Kənan Yıldızın çıxışı haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, türk futbolçunun böyük potensialının olduğunu bildirib:
“Kənanın böyük potensialı var. O, həm cinahda, həm də mərkəzdə oynaya bilir. Sol cinahda çıxış edərək, o, rəqibləri təkbətək məğlub etməyi bacarır, ancaq daha tez-tez qapı önündə olmaq lazımdır. O, cərimə meydançasına soxulmalı və hücumları bağlamalıdır. Lazımi keyfiyyətlərə və fiziki gücə malikdir”.
Türkiyəli futbolçu bütün matçı oynayıb və “Yuventus”un üç xal qazanmasına kömək edib. O, bu mövsüm turinlilərin heyətində 37 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin