Vlahoviç baş məşqçinin planlarına uyğun gəlmir

“Yuventus”un hücumçusu Duşan Vlahoviçin əsas heyətdəki yerini bərpa etmək çətin olacaq.

Komanda.az “SportMediaset”-ə istinadən xəbər verir ki, serb futbolçu PSJ-dən icarəyə götürülən Randal Kolo-Muaninin gəlişindən sonra komandanın əsas hücumçusu statusunu itirib.

Vlahoviç “Yuve”nin baş məşqçisi Tiaqo Mottanın planlarına uyğun gəlmir. Baş məşqçi hesab edir ki, fransalı forvard onun taktiki tələblərinə qat-qat yaxşı cavab verir.

25 yaşlı Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Söz-söhbətlərə görə, o, cari mövsüm başa çatdıqdan sonra satıla bilər.

Kolo-Muani “Yuventus”da keçirdiyi ilk 4 matçda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button