Motta: “Hər şeyi ətraflı təhlil etməliyik”

“Yuventus”un baş məşqçisi Tiaqo Motta İtaliya A Seriyasının 9-cu turunun “İnter”lə oyunundakı (4:4) məhsuldar heç-heçəni şərh edib.

Komanda.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı çalışdırıcı hər şeyi ətraflı təhlil etməli olduqlarını bildirib:

“Çox çətin vəziyyətlərin olduğu bir oyun idi. Dördüncü qoldan sonra da oyunda qala bildik. Biz hər şeyi ətraflı təhlil etməliyik. O qədər hadisələr baş verib və heç də hamısı müsbət deyil. Biz hər şeyi təkmilləşdirə bilərik, hər oyun fərqli bir hekayədir.

Məsələn, bu gün müdafiədə çox əziyyət çəkdik. Bu, “İnter”in gücü və keyfiyyətindən xəbər verir. Digər tərəfdən, hücumda həmişə açıq olan və hər iki komandaya çoxlu şans verən oyunda həmişə təhlükəli idik. Formada olan oyunçularımız var, məsələn, sol cinahda Konseysao və Kambiasso, eləcə də, bu gün özünü çox yaxşı göstərən Makkenni. Bizim müdafiədə də yaxşı oynaya bilən və faydalı olan çoxlu oyunçularımız var, hər şey onların oyunundan və formasından asılıdır”.

“İnter” – “Yuventus” matçı dünən “San Siro”da keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button