“Gələcəyim indi məni maraqlandırmır” – Motta

“Bolonya”nın baş məşqçisi Tiaqo Motta gələcəyi ilə bağlı hələ qərar verməyib.

Komanda.az “Sky İtalia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı gələcəyinin indi onu maraqlandırmadığını bildirib:

“Xabi Alonso kimi klubda qalmaq? Bunun üçün Xabinin öz səbəbləri var idi. Gələcəyim indi məni maraqlandırmır. Bütün diqqətimi son oyunlara yönəltmişəm. Vaxtı çatanda birlikdə işləməyə davam etmək istəyib-istəməyəcəyimizi müzakirə edəcəyik. Mən həmişə “Bolonya” üçün ən yaxşısına ümid edəcəm”.

Ötən həftə italiyalı mütəxəssisin “Yuventus”a rəhbərlik edəcəyi ilə bağlı məlumatlar ortaya çıxmışdı.

Motta 2022-ci ilin sentyabrından “Bolonya”nı çalışdırır. Onun komandası 35 oyundan sonra 64 xalla A Seriyasında 4-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button