Motta “Bolonya”dan ayrıldı – “Yuventus”a keçir
“Bolonya” klubu Tiaqo Mottanın komandanın baş məşqçisi vəzifəsindən istefa verdiyini rəsmi olaraq açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin yeni klubu “Yuventus” olacaq. “Yuve” artıq Motta ilə danışıqları yekunlaşdırıb. Turin klubu tezliklə yeni baş məşqçinin gəlişini rəsmən elan edəcək.
Mottanın “Yuventus”la müqaviləsi 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulub.
A Seriyasının son turu öncəsi “Bolonya” turnir cədvəlində üçüncü, “Yuventus” isə dördüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin