Mottadan narazı azarkeşlərə cavab
“Yuventus”un baş məşqçisi Tiaqo Motta azarkeşlərin komandasının nəticələrindən narazı olmasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq daha yaxşı çıxış etmək üçün hər şeyi etdiklərini söyləyib:
“Mən sizə nəticələrimizi qiymətləndirmək imkanı verəcəm. Futbolçularla işləməyə davam edirəm, onların səviyyəsini yüksəltməyə çalışıram. Biz daha güclü olmaq və rəqiblərimizlə daha yaxşı qarşılaşa bilmək üçün hər şeyi edirik”.
“Yuventus” A Seriyasının 15-ci turunun “Bolonya” ilə matçında 2:2 hesabı ilə heç-heçə edib. Turinlilər çempionatda hələ də məğlub olmayıblar, amma son 9 oyunun yeddisində heç-heçə ediblər. “Bolonya” ilə görüşün ikinci hissəsində Turin klubunun azarkeşləri narazılıqlarını açıq şəkildə ifadə ediblər.
Bizi Facebook-da izləyin