Motta argentinalı futbolçunu “Yuventus”da görmək istəyir
“Fiorentina”nın yarımmüdafiəçisi Nikolas Qonsales karyerasını İtaliyanın başqa klubunda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu ilə “Yuventus” maraqlanır.
Turin klubunun yeni baş məşqçisi Tiaqo Motta şəxsən bu futbolçunun transferini istəyir.
Qonsales 2021-ci ilin yayından Florensiya klubunda çıxış edir. 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 29 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin