“Motivasiyamız yerində idi, zərrə qədər yorulmadıq” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçından sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan (ilk oyun 2:3) sonrakı mətbuat konfransında bunları söyləyib:
“Məğlub olan tərəf olsaq da, futbolçularımın göstərdiyi oyundan zövq aldım, çox yaxşı oynadıq. Heyətdə itkilərimiz var idi, sistemimizi dəyişdik. Meydana çıxanlar qələbə istəyini göstərdilər, hər şeyi düz etməyə çalışdılar. Komandam xoşuma gəldi, rəqibi təbrik edir, onlara uğurlar arzu edirəm.
Motivasiyamız yerində idi, zərrə qədər yorulmadıq. Komandaların oyun üslubları eyni idi, baş məşqçi olaraq çox çətinlik çəkmədik. Uşaqların bu 3 oyunu eyni tonusda saxlaması xoş oldu. Bu gün bu cür oyun göstərdi ki, futbolçularım qələbə qazanmaq istəyirdi. Futbolçularımın oyunu zövqverici idi.
Turu keçə bilməməyimiz rəqibin gücünə görə olmadı. Yəni, ilk oyundakı səhvlərimiz belə sonluğa çatdırdı. Rəqibə söz demirəm, onları təbrik etdim. Bu gün imkanlarımız da var idi, lakin alınmadı. Başabaş oynadıq, bəzən üstün futbol sərgilədik. Bir yol tutmuşuq, qələbə də olacaq, məğlubiyyət də. “Sumqayıt” kimi komandanı bir relsdə saxlamaq üçün vaxt lazımdır”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin