Moskvadan alındı, Bakıya verildi – Avropa çempionatı
2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq.
Komanda.az xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, yarışlar mayın 17-23-də təşkil olunacaq.
Mart ayının əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin