SSRİ çempionu vəfat etdi
Moskva “Spartak”ının və keçmiş SSRİ milli komandasının sabiq futbolçusu Valeri Reynqold vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Keçmiş yarımmüdafiəçi 77 yaşında həyatla vidalaşıb.
“Spartak”, “Trud” və “Şinnik” klublarının formasını geyinən Reynqold, 1962-ci ildə Moskva “Spartak”ı ilə SSRİ çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin