16 milyon avroluq rus italyanların “radar”ında
Moskva “Lokomotiv”inin futbolçusu Aleksey Mirançuk İtaliya klublarının diqqət mərkəzinə düşüb.
Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə “Yuventus”, “Napoli” və “Milan” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Lokomotiv” – “Yuventus” oyununda (1:2) hər 3 klubun skautlarının Mirançuku izlədiyi bildirilib.
Bu mövsüm 15 oyuna çıxan Mirançuk 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Moskva klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.
Transfer dəyəri 16 milyon avro olan yarımmüdafiəçi Rusiya milli komandasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin