“Qəbələ”nin sabiq baş məşqçisi ilin ən yaxşısı seçildi
Rusiyada ilin ən yaxşı baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, bu, Moskva “Lokomotiv”inin çalışdırıcısı Yuri Syomindir. 72 yaşlı mütəxəssis idman jurnalistləri arasında keçirilən sorğuda qalib olub.
Syomin 2013/14 mövsümündə “Qəbələ”ni çalışdırıb. O, 2016-cı ilin avqustundan “Lokomotiv”də baş məşqçilik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin