“BBC Qətərə hədsiz dərəcədə hörmətsizlik etdi” – Britaniyalı jurnalist

Britaniyalı jurnalist Pirs Morqan sosial şəbəkə hesabında BBC kanalını tənqid edib.

Komanda.az xəbər verir ki, jurnalist DÇ-2022-nin açılış mərasimini yayımlamadığına görə kanalın hörmətsizlik etdiyini vurğulayıb:

“BBC dünya çempionatının açılış mərasimini yayımlamaqdan imtina edərək, Qətərə hədsiz dərəcədə hörmətsizlik etdi. Əvəzində bunun nə qədər dəhşətli olduğu barədə başqa bir populist söhbət yayımladılar. Həqiqətən də, bu qədər önəm verirlərsə, qoy öz nəhəng işçi ordusunu evlərinə gətirsinlər və bizi bu absurd ikiüzlülükdən qurtarsınlar”.

Morqan daha sonra kanalın müzakirə mövzusu kimi seçdiyi məsələlərə toxunub:

“Rusiyada keçirilən dünya çempionatı zamanı onların mənəviyyatları harda idi? Növbəti ABŞ turniri üçün də eyni şeyi edəcəksiz? Silah, abort və digər mövzuları müzakirə edəcəksiz? Yoxsa yalnız ərəb ölkələri və onların mədəniyyəti sizi narahat edir?”

Açılış mərasimi zamanı BBC kanalı miqrant işçilərin problemlərini, ölkədə insan hüquqlarının pozulmasını və Qətərə dünya çempionatına ev sahibliyi hüququ qazandıran siyasi hiylələri, korrupsiyanı müzakirə edib.

2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button