Morqan De Sanktis qəza keçirdi, reanimasiyaya yerləşdirildi

Futbol üzrə İtaliya yığmasının sabiq qapıçısı Morqan De Sanktis avtomobil qəzasına uğrayıb.

Komanda.az xəbər verir ki, gecə saatlarında paytaxt Romada qəza keçirən keçmiş futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onun həyati təhlükəsi olmasa da, reanimasiyada müalicə aldığı bildirilir.

Qeyd edək ki, Morqan De Sanktis hazırda “Roma”nın idarə heyətində çalışır. O, 2008-09 mövsümündə “Qalatasaray”da da forma geyinib. 43 yaşlı De Sanktisin şərəfini qoruduğu klublar arasında “Yuventus”, “Udineze”, “Sevilya”, “Napoli” və “Monako” da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button